Səhiyyə naziri Cəlilabad
şəhərində vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 6-da Cəlilabad rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul etmişdir.
Qəbulda Cəlilabad, Biləsuvar, Masallı, Salyan, Lənkəran, Yardımlı, Cəbrayıl rayonlarının sakinləri iştirak etmişlər.
Vətəndaşların müraciətləri əsasən ürəkdə cərrahiyyə əməliyyatlarının aparılması, işə qəbul və digər məsələlərlə bağlı olmuşdur.
Müraciətlərin
bir çoxu yerindəcə həllini tapmış, digər məsələlərin
həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə
tapşırıqlar verilmişdir.
AzərTAc
Azərbaycan.-2013.-7 dekabr.-S.6.