Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

   Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Qvatemala xalqının, hökumətinin adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, prezidentliyinizin yeni dövründə Azərbaycan ilə Qvatemala arasında dostluq münasibətləri daha da güclənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, zati-alinizə ən dərin ehtiramımı bildirir, möhkəm cansağlığı arzulayır, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

Otto Fernando Perez Molina,

Qvatemala Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  8 dekabr.- S. 1.