Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının

 sədri Şəkidə vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Dekabrın 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şəki Olimpiya İdman Kompleksində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul etmiş, onların müraciət və təkliflərini dinləmişdir.

Müraciətlər əsasən dərsliklərin və testlərin hazırlanması, məzmunu, sınaq imtahanlarının sayının artırılması, orta ixtisas məktəblərinə qəbul zamanı qabiliyyət imtahanlarının keçirilməsi, təhsil haqqının ödənilməsi və digər məsələlərlə bağlı olmuşdur.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapmışdır. Digər məsələlər, o cümlədən vətəndaşların TQDK-nın səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.

Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-7 dekabr.-S.6.