İtaliyanın nüfuzlu «TMNews» xəbər
agentliyinin saytında Azərbaycanın
çövkən oyunu ilə
bağlı məqalə yerləşdirilmişdir
İtaliyanın
nüfuzlu "TMNews"
xəbər agentliyinin saytında Azərbaycanın
ənənəvi çövkən oyununun
UNESCO-nun Təcili Qorunmaya
Ehtiyacı Olan Qeyri-Maddi
Mədəni İrs Siyahısına daxil edilməsi ilə bağlı məqalə
yerləşdirilmişdir.
Məqalədə çövkən oyunu barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, ənənəvi Qarabağ oyunu olan çövkən iki komanda arasında çəmənlikdə oynanılır. At üstündə olan milli geyimli oyunçular musiqi sədaları altında yarışırlar.
Yazıda müəllif bildirmişdir ki, UNESCO-nun bəyanatında da vurğulandığı kimi, urbanizasiya və miqrasiya prosesləri nəticəsində gənclər arasında çövkən oyununa maraq azalmışdır. Bu, çövkən oyunu ilə məşğul olan idmançıların və məşqçilərin sayına mənfi təsir göstərmişdir.
Məqalədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, münaqişə nəticəsində Azərbaycan ərazisi olan Dağlıq Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Tərəflər arasında atəşkəsə dair razılıq əldə edilsə də, cəbhə xəttində tez-tez silah səsləri eşidilməkdədir.
Maqsud DADAŞOV,
AzərTAc-ın xüsusi
müxbiri
Azərbaycan.-2013.- 8 dekabr.- S. 1.