Bakıda UNESCO-nun Qeyri-Maddi
Mədəni İrsin Qorunması üzrə
Hökumətlərarası Komitəsinin 8-ci sessiyası uğurla başa
çatmışdır
Dekabrın
7-də Bakıda UNESCO-nun Qeyri-Maddi
Mədəni İrsin Qorunması üzrə
Hökumətlərarası Komitəsinin 8-ci sessiyası başa çatmışdır.
AzərTAc xəbər verir ki, sessiyanın yekun iclasından əvvəl "JW Absheron Mariott" hotelinin foyesində tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi bəxş edilmişdir. Azərbaycanın incəsənət ustaları tərəfindən qədim "Kilimarası", "Maral oyunu", "Qız şahı" oyunları, eləcə də milli rəqslərimiz gur musiqinin sədaları altında təqdim edilmişdir.
Sonra Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə sessiyanın yekun iclası keçirilmişdir. İndiyədək nəzərdə tutulan bütün sənədlərin müzakirə və qəbul olunduğunu xatırladan Ə.Qarayev bildirmişdir ki, qarşıda duran sonuncu məsələ artıq iştirakçılara paylanılmış UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin qərar layihəsinin təsdiqi və qəbul edilməsidir.
Yunanıstan və Uruqvay dövlətlərinin təklifləri əlavə edilməklə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin qərarı təsdiq olunmuşdur. Konvensiyanın katibliyindən növbəti iki həftədə sessiyanın sonuncu iclasında qeydə alınmış müvafiq dəyişiklikləri internet saytında yerləşdirmək və aidiyyəti qurumlara göndərmək xahiş edilmişdir.
Sonra QHT Forumunun nümayəndələrinə söz verilmişdir. Bildirilmişdir ki, Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çox yüksək səviyyədə keçirilmişdir. Çıxış edənlər QHT-lərin fəaliyyəti haqqında geniş məlumat vermiş və qeyri-maddi mədəni irsin qorunması məsələlərinə dair fəaliyyət göstərə biləcəkləri sahələr üzrə fikirlərini diqqətə çatdırmışlar.
İclasın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev QHT-lərin fikirlərinin nəzərə alınacağını və gələcəkdə müvafiq əməkdaşlığın davam edəcəyini bildirmişdir.
Sessiyanın bağlanmasından əvvəl Azərbaycan hökuməti adından mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının ölkəmizdə keçirilməsinə yaradılan imkana görə təşəkkürünü bildirmişdir. O, UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuraya sessiyada iştirak etdiyinə, UNESCO-nun baş direktoru İrina Bokovaya Azərbaycan tərəfinə həmişə göstərdiyi böyük etimad və dəstəyə görə təşəkkürünü bildirmişdir.
Ə.Qarayev Azərbaycanın UNESCO ilə əməkdaşlıq məsələlərinə dövlət başçısı İlham Əliyevin və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi diqqətlə yanaşdıqlarını vurğulayaraq onlara dərin minnətdarlığını bildirmişdir.
Sessiya iştirakçılarının müzakirələrdə məhsuldar fəaliyyətlərini, böyük fədakarlıq göstərdiklərini qeyd edən nazir belə möhtəşəm tədbirin təşkilində əməyi olan və onu izləyən hər kəsə təşəkkürünü bildirmişdir.
Sonra UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin üzv ölkələrinin nümayəndələri və müşahidəçiləri sessiyanın uğurla keçdiyini vurğulamış, Azərbaycan hökumətinə təşəkkürlərini bildirmişlər. Kot-d'İvuar nümayəndəsinin "Azərbaycan bizə qonaqpərvərliyi öyrətdi" fikrini isə tədbir iştirakçıları böyük razılıqla qarşılaşmışlar.
UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının, eləcə də müvafiq Konvensiyanın 10 illik yubileyinin yüksək səviyyədə təşkil olunduğunu və uğurla keçdiyini demiş, bütün bunlara görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya dərin təşəkkürünü bildirmişdir. O, sessiyanın təşkilində hər kəsin böyük zəhmət çəkdiyini vurğulamışdır.
Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir daha tədbir iştirakçılarına təşəkkür edərək Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının işini uğurla başa çatdırdığını elan etmişdir.
Sonda Azərbaycan incəsənət ustaları milli musiqimizin sədaları altında "Yallı" və digər rəqsləri ilə uğurla başa çatan sessiyaya əsl bayram ovqatı qat
Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçıları üçün möhtəşəm muğam axşamı təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, gecədə xalq artisti, UNESCO mükafatçısı görkəmli muğam ustası Alim Qasımov və qızı - əməkdar artist Fərqanə Qasımova eyni səhnəni birgə, lakin fərqli, həm də yeni forma və məzmunda bölüşmüşlər.
Onların
ifasında təqdim olunan "Şur" muğam dəstgahı
alqışlarla qarşılanmışdır.
Azərbaycan.-2013.- 8 dekabr.- S.5.