Gəncədə sosial infrastruktur layihələri
uğurla icra olunur
Qədim Gəncə sürətli
inkişafı ilə
gələn qonaqları
heyran edir. Tikinti-quruculuq, abadlıq işləri bütün şəhəri
əhatə edir.
Gəncə həyata keçirilən
tədbirlər, gerçəkləşdirilən
layihələr nəticəsində
dəyişə-dəyişə daha da müasirləşir,
gözəlləşir. Onu da qeyd edək
ki, heç bir yeni layihə
Gəncənin milli-memarlıq
özəlliyini kölgədə
qoymur, əksinə, millilik və müasirlik vəhdətdə
təqdim olunur. Buna görə də
şəhərin bu cür yenilənməsi sakinlərin də ürəyincədir. Söhbət etdiyimiz gəncəlilər
görülən işlərlə
bağlı razılıqlarını
bildirməklə yanaşı,
şəhər icra hakimiyyəti rəhbərliyinin
təşəbbüskarlığını
da yüksək qiymətləndirirlər.
Gəncədə həyata keçirilən
yenidənqurma layihələri
tikinti-quruculuq, abadlıq
işləri ilə yekunlaşmır. Şəhər əhalisinin həyat
səviyyəsinin yüksəldilməsinə,
infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsinə
diqqət artırılır.
Elektrik enerjisi, təbii qaz və içməli
su təminatının
yaxşılaşdırılması üçün gərəkli
tədbirlər görülür.
Bu tədbirlər sırasında əhali abonentlərinin və digər istehlakçıların
normal və təhlükəsiz
qaz təchizatı ilə təmin edilməsini, yeni salınmış qəsəbələrin
qazlaşdırılmasını, qaz təchizatı şəbəkəsinin əsaslı
təmir işlərini
qeyd etmək olar.
Qaza olan tələbatın yetərli ödənilməsi
üçün ilin əvvəlindən 25 yeni
qaztənzimləyici şkaf
quraşdırılıb, 7-si isə yenisi ilə əvəz edilib. Şəhərin ayrı-ayrı
prospekt və küçələrində 40 min 680 paqonmetr orta təzyiqli, 9 min 411 paqonmetr
aşağı təzyiqli,
ümumilikdə isə
50 min 91 paqonmetr qaz xətti çəkilib. İşlər indi də davam etdirilir. Əhalinin və digər istehlakçıların
standarta uyğun və fasiləsiz təbii qazla təmin edilməsi üçün il
başlayandan 28 min 138 paqonmetr
əlavə qaz xətti də çəkilib. 30 min 660 paqonmetr uzunluğunda polad borularla çəkilən qaz xətti isə yeni yaradılmış Cavad xan və
Məhsəti qəsəbə
sakinlərini sevindirib.
Digər
bir qəsəbədə
- Hacıkənddə qazlaşdırma
işləri başa çatdırılıb, 142 ailə
məişət qazı
ilə təmin edilib və hər bir abonent
üçün qaz sayğacı quraşdırılıb.
Məlumdur ki, həyətlərdən
keçən qaz xətləri həm də təhlükə mənbəyi sayılır. Bu məqsədlə şəhərin
Məhsəti qəsəbəsində,
həmçinin Qərb
küçəsində müvafiq
tədbirlər görülərək
məhəllədaxili orta
təzyiqli qaz xətləri daha təhlükəsiz yerə
köçürülüb. Bəzi yaşayış sahələrində
isə istismara yararsız qaztənzimləyici
şkaf dəyişdirilib
və polad borular polietilen borularla əvəz edilib.
Aldığımız məlumata görə, Gəncə Qaz İstismar Sahəsi tərəfindən ilin əvvəlindən 1993 ədəd
qaz sayğacı quraşdırılıb. İstehlak
olunmuş qaza görə ödəniş
də qaydasındadır
- 105,5 faiz təşkil edir. Öyrəndik ki, bu göstərici bir əvvəl də belə olub.
Gəncədə əhalinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində
də müəyyən
işlər görülür. "Gəncə Regional Elektrik
Şəbəkəsi" MMC tərəfindən yarımstansiyalarda,
transformatorlarda təmir
işləri davam etdirilir, yeniləri quraşdırılaraq istismara
verilir. Elektrik şəbəkəsində aparılan yenidənqurma işləri çərçivəsində
dəmir-beton dayaqlar quraşdırılır, yeni
"SİP" kabel xətləri
çəkilir və
bu xətlər yeni dirəklər üzərinə köçürülür.
Bütün bu işlər
elektrik enerjisi ilə təminatın etibarlılığına da
müsbət təsir
edib. Onu da qeyd edək ki, ilin
əvvəlindən quraşdırılmış
1389 sayğacdan 1313-ü
"Smart-kart" tipli sayğacdır.
Gəncə şəhər
əhalisinin keyfiyyətli
içməli su ilə təminatı və kanalizasiya şəbəkəsinin yenidən
qurulması ilə bağlı "Açıq
Kommunal İnfrastruktur
Proqramı II" çərçivəsində
işlər davam
edir. Layihəyə uyğun diametri 500 mm, uzunluğu 26,5 km olan Göygöl-Gəncə magistral
su kəməri xətti, həmçinin
4 min kubmetrlik su anbarı və diametri 500 mm, uzunluğu
2,2 km olan Qızılqaya-Gəncə
magistral su kəməri xətti hazırdır. Diametri 1400 mm, uzunluğu 27 km Şəmkirçay-Gəncə magistral su kəməri
xəttinin 24 kilometrlik
hissəsində də
işlər tamamlanıb.
Məhsəti qəsəbəsində 2 yeni
subartezian quyusu qazılıb, istismarda olan əvvəlki quyu isə təmir
edilib. Qəsəbədə,
həmçinin 60 kubmetrlik
su çəni, 38 siyirtmə quraşdırılıb,
20220 paqonmetrə yaxın
qəsəbədaxili su
xətti çəkilib
və 1275 abonent su ilə təmin
olunub.
Şəhərin magistral su kəmərlərində
və şəhərdaxili
su şəbəkəsində
boruların dəyişdirilməsi,
nasosların quraşdırılması
davam edir. Digər cari
və əsaslı təmir işləri də görülür.
"Toxuculuq" kombinatı massivində yaşayan sakinlər uzun illər su sarıdan
korluq çəkiblər. Nəhayət, burada da subartezian
quyusu qazılaraq istifadəyə verilib.
Şəhərin ayrı-ayrı küçələrində
su və kanalizasiya xətlərinin
çəkilişi və
yenidən qurulması
davam edir. Mövcud infrastruktur
layihələrinin icrası
başa çatandan sonra, şübhəsiz ki, gəncəlilərin həyat şəraiti daha da yaxşılaşacaq.
Telman
NƏZƏRLİ,
Azərbaycan.-2013.- 8 dekabr.- S.6.