«Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, ¹ 23-24, maddə 679; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 141) ilə təsdiq edilmiş "Azərbaycan Bayrağı" ordeninin təsviri"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci hissədə ", üstdəki ulduz isə göy" sözləri "göy rəngli" sözləri ilə əvəz edilsin.

2.  Üçüncü hissədə "nömrəsi" sözündən əvvəl "seriyası və" sözləri əlavə edilsin.

3. Dördüncü hissədə "27 mm x 47,5 mm" sözləri "37 mm x 50 mm" sözləri ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilir.".

4. Beşinci hissədə "üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm" sözləri "eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm" sözləri ilə əvəz edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 8 dekabr.- S.2.