BAL min dərdin birinci dərmanıdır

 

                 Sağlamlığı və gözəlliyi qorumaq üçün arının nəinki balından, hətta zəhərindən də istifadə etmək faydalıdır

 

 

Bizə bal təklif olunanda çox nadir hallarda etiraz edirik, çünki  əksəriyyətimiz onun faydalı müalicəvi əhəmiyyətini bilirik. Qədim zamanlarda  əczaxanalarda balı dərman kimi satırdilar. Yazılan "resept"lərdə balın tərkibində müalicəvi otlar da göstərilirdi. Bu qədim "resept"lər min illər müdriklər tərəfindən istifadə olunaraq, tibbi ədəbiyyatlarda öz yerini tapmışdır.

Bal ilə xroniki xəstəlikləri, ümumi yorğunluğu, zəifləmiş orqanizmi müalicə edirdilər. Tarixi məlumatlarda göstərilir ki, müharibə zamanlarında yaraların üstünə bal ilə sarğı qoyurdular. Çünki onda yaralar  fəsadsız, çapıqsız sağalırdı.

Bu gün, farmokologiyanın çiçəklənən bir dövründə də arı məhsullarından kifayət qədər və artıqlaması ilə istifadə edilir. Həkimlər xəstələrə ev şəraitində müalicədə bal və digər arı məhsullarını məsləhət görürlər.Təəssüflər olsun ki, eyni zamanda insanlara balın allergik olduğunu deyərək səhv məlumat da  verilir. Təcrübə göstərir ki, təmiz, keyfiyyətli arı məhsullarından allergiyalar çox nadir hallarda olur. Həkim apiterapevtlər bəzi xəstəliklərin müalicəsində arısancma  və arı məhsullarından istifadə edirlər. Lakin onu deməyə borcluyuq ki, bu məhsullardan düzgün istifadə etmək lazımdır. Müqəddəs dini kitablarda da arı və onun məhsullarının dəyərindən məlumat verilir.

Arı məhsulları haqqında çoxsaylı ədəbiyyat var ki, bunlardan faydalanmaq mümkündür. Maraqlıdır, arı - sehrli biolaboratoriya bizə nə verir, o, öz pətəyinə nə gətirir? Pətəkdə olan bu məhsullar insanaüçün xeyirlidirbu gün onlar nə qədər aktualdır?

Arı məhsulları bunlardır: bal, bərəmum, çiçək tozu, güləm, arı südü, arı zəhəri, mum, arı güvəsi, arı ölüsü, erkək arı sürfəsi...

Arı məhsulu dedikdə, təbii ki, insanlarda ilk yada düşən ancaq bal olur. Arı pətəyində olan məhsulların bir neçəsini tanısaq da, bəziləri haqqında məlumatımız, ümumiyyətlə, kifayət qədər deyil. Əlbəttə, arının hər bir məhsulu özü-özlüyündə güclü müalicəvi əhəmiyyətə malikdir. Qədim zamanlarda əzilmiş və sıxılmış baldan istifadə edirmişlər. Çünki bu balın tərkibində bütün komponentlər olurdu. Ona görə həmin bal "min bir dərdin dərmanı" adlanırdı. Elmdə belə bir termin var (sinergizm effekti - bu 1+1> 2) yəni 2 qüvvətli faktorun birləşməsi 3-cü quvvətli faktorun yaranmasına səbəb olur.

Balın tərkibində olan bütün məhsulların qısa xarakteristikasını verməli olsaq, qeyd etməliyik ki, o, ilk növbədə qiymətli karbohidratdır, əsası ağız boşluğunda asan sorulan fruktozadır. Bütün orqanizmi qidalandırmaq, bərpa etmək, tonuslandırmaq keyfiyyətinə (gücünə) malikdir. Bal insan orqanizminə enerji verən ideal qida məhsuludur xüsusi olaraq yeni doğulmuş körpələr üçün çox lazımlıdır.  Ona görə ki, onların çəkilərini artırır, körpələr az xəstələnir, yaxşı inkişaf  etməsinə kömək edir. Ahıl yaşlı insanlar üçün çox qiymətli bir qidadır. Yaşlı insanlarda mədə-bağırsaq sistemi tədricən zəifləyir orqanizm əvvəllər asanlıqla öhdəsindən gələ bildiyi işi artıq görə bilmir. Tibbi təcrübəyə əsasən, mədə-bağırsaq sisteminin normal işi üçün 1500-ə yaxın ferment lazımdır. Adi gündəlik rasionda qida ilə 800-900 ferment almaq olar, lakin təkcə balın ("qədim bal"da) tərkibində 1200 ferment var. Məhz buna görə bal mədə-bağırsaq üçün ən yaxşı vasitədir. Balı hər gün istifadə etmək lazımdır. Təcrübi olaraq balı bütün qida məhsulları ilə istifadə etmək olar. Bal orqanizmin enerji çatışmazlığında, xroniki yorğunluğunda, stasionar müalicədən sonra orqanizmin bərpasında istifadə olunur, eyni zamanda o, orqanizmi toksinlərdən azad edir. Bal təkcə dadlı deyil, həm sağlamlıq, cavanlıq, uzunömürlülük  deməkdir. Bal ən asan həzm olunan bir qida məhsuludur.

Çiçək tozcuğu - balanslaşdırılmış polivitamin superkompleksidir, tərkibində 400-dən çox vacib qidalı komponent var. Dünyada elə laboratoriya yoxdur ki, bu qədər lazımlı birləşmələri bir qidada toplasın. Ən mürəkkəb polivitaminlərin tərkibində 10-15 kompleks birləşməsi var bundan artıq olarsa, mexanizmdə dəyişikliklər baş verər. Xalq arasında çiçək tozuna "əlaçı məhsulu" da deyilir. Bunu müntəzəm qəbul edən şagirdlərdə zehni, yaddaşı, məntiqi yaxşılaşdırır.

Qəbul etmək üçün bir çay qaşığı çiçək tozu günə bəs edir. Çiçək tozu bütün yaş dövrləri üçün unikal vitamin kompleksidir .

Güləm (Polen) - arılar pətəkdə çiçək tozunu balla qarışdırır xüsusi   vəzlərində hasil olunmuş fermentlər əlavə edərək, onu şanılarda döyəcləyərək ora doldururlar ki, burada da tədricən yeni, tamamilə çox qiymətli məhsula - tozcuq güləmə çevrilir. Güləmin tərkibində külli miqdarda fermentlər, o cümlədən əvəzolunmaz amin turşularının spektorları vardır ki, bunlar da canlılar üçün əsas "tikinti materialı"dır. Güləmi reproduktiv sistemdə bir çox pozuntuları keyfiyyətli surətdə aradan galdıraraq bərpa etdiyi üçün onu, həmçinin "uşaq doğma" məhsulu da adlandırırlar.

Bərəmum - güclü təbii antibiotikdir, potogen mikrofloranı məhv edir. Bu dövrdə mikrob virus əleyhinə bundan qiymətli başqa bir vasitə tapmaq çətindir. Bərəmum viruslardan vərəm çöplərinə, salmonelioza s. müqavimət göstərə bilir. Bununla bərabər, bağırsağa lazım olan mikrofloranı da saxlayır.

Arı südü - təbiətin daha bir möcüzəsi. Pətəkdə bütün arılar 1,5-4 ay yaşayır. Ancaq pətəyin ana arısı arı südü ilə qidalanaraq 5-6 il ömür sürür. Çox maraqlıdır ki, hər hansı sürfəni arı südü ilə qidalandırsalar o, ana arıya çevrilir. Deməli, həqiqətən, arı südü hüceyrələrin ömrünü uzadır, genetik pozulmaları aradan qaldırır, hansı ki, bunlar bədəndə şiş daha ciddi xəstəliklər əmələ gətirir.

Arı zəhəri - Kimsə deyə bilməz ki, həyatında bircə dəfə olsa, onu arı sancmayıb, yaxud arısancması ilə qarşılaşmayıb. Arı zəhəri qanı duruldaraq endokrin sistemin işini yaxşılaşdırır. Arı zəhəri arı südü ilə birgə, radikulitdə, revmatik ağrılarda, sinir sisteminin bərpasında lazim olan məhsullardır.

Mum - baxmayaraq ki, mum qida məhsulu sayılmır, lakin bütün arı məhsulları kimi, o da lazımlı maddələrlə  zənqindir, çeynənilərək udmaq olar. Mum ərimir orqanizm tərəfindən mənimsənilir, ancaq mədə-bağırsaq sistemindən keçərək  toksinləri özünə çəkib orqanizimdən xaric edə bilir.

Arı güvəsi - tərkibində qiymətli fermentlər var. Unikal bir ferment var ki, o da çerrazadır. Çerraza ən mürəkkəb yağları parçalayır. Orqanizmdə yaranan bu mürəkkəb yağlar çox ciddi xəstəliklərin əsasını qoyur tez qocaldır. Yaşla bağlı olaraq bu fermentlər orqanizmdə kəskin şəkildə  azalır, hansı ki, onları gündəlik qidaya əlavə etmək lazımdır.

Arı ölüsü - arının xitin örtüyündə çox qiymətli polimerlər var ki, bu, öncə tanıdığımız xitozanlardan fərqlənir. Arı xitozanı orqanizmdə daha keyfiyyətli işləyir. Bu sorben orqanizmi zəhərləyən toksinlərdən, radiasiyadan təmizləyə bilir. Belə ki, başqa cür təmizləmə yolu ilə bunu xaric etmək olmur. Arı ölüsü çox güclü immunokorrektordur, streslərdə, yorğunluqda istifadə edilir. Xalq təbabətində prostat vəzinin müalicəsində əsas vacib vasitələrdən sayılır.

Erkək arı sürfələri (trutnevoye moloçko) - bu məhsulu erkək arı mayalarından alırlar - tərkib xüsusiyyətlərinə görə, arı südünün xüsusiyyətlərinə yaxındır, ancaq endokrin sisteminə yönəmlidir. Bu, klimaks dövrü, cinsi zəifləmə, prostat 40 yaşından sonrakı klimakterik dövr üçün əvəzolunmaz bir məhsuldur.

Təbiət hərdən elə möcüzələr yaradır ki, elm nəinki onun oxşarını yaratmaq, bunun quruluşunu necə işləməsini icad etmək iqtidarında deyil. Sağlamlığımızı gözəlliyimizi qorumaq üçün arının nəinki balından, onun zəhərindən istifadə etməliyik.

 

 

      Sevinc AĞAYEVA,

   "AS" Api mərkəzinin apidietoloqu

    

     Azərbaycan.-2013.-  8 dekabr.- S.7.