«Azərbaycan Respublikasının «Dövlət
qulluğunda fərqlənməyə
görə» medalının Əsasnaməsinin və təsvirinin
təsdiq edilməsi barədə» Azərbaycan
Respublikasının 2003-cü il 7 noyabr tarixli 515-IIQ nömrəli
Qanununda dəyişikliklər edilməsi
haqqında» Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 736-IVQD nömrəli Qanununun
tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının "Dövlət qulluğunda fərqlənməyə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 515-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 736-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. "Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli Sərəncamının icrasını "Azərbaycan Respublikasının "Dövlət qulluğunda fərqlənməyə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 515-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 736-IVQD nömrəli Qanununa uyğun olaraq təmin etsin;
2. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 8 dekabr.- S.3.