Tarixi və sənəti yaşadan ocaq
Qədim zamanlardan Azərbaycan
xalqının zövqünü
və istedadını,
istəklərini və
mübarizəsini özündə
yaşadan sənət
növlərindən biri
də xalçaçılıqdır.
Maraqlıdır ki, yurdumuzun
hər bölgəsinin
öz xalçaları
var. Qarabağ, Quba, Şamaxı, Qazax və digər coğrafi məkanlara aid xalçaların müxtəlif
çeşniləri nənələrimizin
zərif əllərində
bəslənə-bəslənə bizim günlərədək
gəlib çatmışdır.
İstər ölkəmizin paytaxtında,
istərsə də rayonlarında fəaliyyət
göstərən xalça
muzeyləri bu xəzinəni yaşatmaqla
böyük əhəmiyyət
daşıyan bir iş görürlər. Xaçmaz Xalça
Muzeyi tarixi və sənəti yaşadan belə ocaqlar
sırasındadır.
Xaçmaz Xalça Muzeyində
yurdumuzun təkcə şimal zonasında deyil, digər
bölgələrində də yaranmış çeşnilərdə
toxunan əsl sənət nümunələri nümayiş
etdirilir. Xalçaya belə ciddi, eyni zamanda, incə münasibətin
nəticəsidir ki, bu zonanın qız-gəlinləri indi də
xalça toxumağı çox sevirlər.
Azərbaycan.-2013.- 8 dekabr.- S.8.