Azərbaycanın və Çinin idarəçilik akademiyaları arasında

 əməkdaşlığa dair Memorandum imzalanmışdır

 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərovun başçılığı ilə nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

Dekabrın 9-da Çin İdarəçilik Akademiyasının katibi Çen Baoshen ilə keçirilmiş görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Tərəflər bu istiqamətdə qarşılıqlı səfərlərin rolunu vurğulamış, təcrübə, elmi-tədqiqat nəşrlərinin və hesabatların mübadiləsinin, habelə hər iki ölkədə təşkil edilən elmi konfranslarda qarşılıqlı iştirakın təmin olunmasının əhəmiyyətini qeyd etmişlər.

Görüşün sonunda  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Çin İdarəçilik Akademiyası arasında mübadilə və əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Çinin dövlət qurumlarının təmsilçiləri və Çin İdarəçilik Akademiyasının dinləyiciləri üçün "Davamlı inkişafekoloji sivilizasiyanın planlaşdırılması və idarə edilməsi: Azərbaycan təcrübəsi" mövzusunda mühazirə oxumuş, sualları cavablandırmışdır.

Rektor U.Ələkbərov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycanın 10 illik inkişafına həsr edilmiş  "Desətğ let, izmenivşie Azerbaydjan: 2003-2013" kitabının nüsxələrini və digər nəşrləri Çin İdarəçilik Akademiyasının kitabxanasına hədiyyə etmişdir.

Dekabrın 13-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şanxay İdarəçilik Məktəbində görüşləri və mühazirələri nəzərdə tutulmuşdur.

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

Azərbaycan.-2013.- 10 dekabr.- S.4.