Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət
və ədəbiyyat üzrə Dövlət
Mükafatları Komissiyasının yeni tərkibinin
təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
Komissiyanın sədri
Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın üzvləri
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Akif Əli Zadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Mikayıl Cabbarov - Azərbaycan
Respublikasının təhsil
naziri
Abbas Ələsgərov - Azərbaycan
Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
sədri
Arif Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya
Komissiyasının sədri
İsmayıl Sadıqov - Azərbaycan
Respublikasının Nazirlər
Kabineti Aparatının
Humanitar məsələlər
şöbəsinin müdiri
Akif Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsa Həbibbəyli - Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin
sədri
Ömər Eldarov - Azərbaycan
Rəssamlıq Akademiyasının
rektoru
Abel Məhərrəmov - Bakı
Dövlət Universitetinin
rektoru
Əhliman Əmiraslanov - Azərbaycan
Tibb Universitetinin rektoru
Siyavuş Kərimi - Azərbaycan
Milli Konservatoriyasının
rektoru
Aqşin
Əlizadə - Azərbaycan
Bəstəkarlar İttifaqının
katibi
Çingiz Abdullayev - Azərbaycan
Yazıçılar Birliyinin
katibi
Altay Hacıyev - xalq rəssamı
Arif Məlikov - xalq artisti
Şəfiqə Məmmədova - Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
sədri
Mövlud
Süleymanlı - xalq
yazıçısı
2. Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, ¹ 2, maddə 76, 2012, ¹ 11, maddə 1087) 1-ci hissəsi
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Elm, texnika,
memarlıq, mədəniyyət
və ədəbiyyat
üzrə Dövlət
Mükafatları Komissiyasının
tərkibi" ləğv
edilsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr
2013-cü il
Azərbaycan.-2013.- 11 dekabr.- S.1.