Film həftəsi başa çatdı
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 5-dən 10-dək "Nizami" Kino Mərkəzində Rusiya filmləri həftəsi keçirildi. Filmlərin nümayişindən öncə baş tutan tədbirdə Rusiya Kinematoqrafçılar İttifaqı sədrinin birinci müavini Sergey Lazaruk, sənədli filmlər rejissoru İqor Qriqoryev, teatr və kino aktyoru Mariya Semyonova və "Fest-film" studiyasının baş direktoru İrina Korsagina çıxış edərək Rusiya Federasiyasında film çəkilişi ilə bağlı həyata keçirilən islahatlardan, eləcə də "Fest-film" studiyasında istehsal olunan bədii və sənədli filmlərin məzmunundan söz açdılar.
Film həftəsinin açılışı Andrey Malyukovun "Matç" filminin nümayişi ilə baş tutdu. Həftə ərzində "Nizami" kinoteatrında "Casus", "İki gün", "Ərazidə müharibə", "Metro", "Ku! Kin-dza-dza" filmləri nümayiş olundu.
Azərbaycan kinosevərləri tərəfindən
maraqla qarşılanan
Rusiya film həftəsi
uğurla başa çatdı.
Azərbaycan.-2013.-11 dekabr.-S.8.