Azərbaycanlı rejissorlar festivallarda
Dekabrın əvvəlində Tbilisidə XIV Beynəlxalq
film festivalı öz
işinə başladı. Bir həftədən
artıq davam edən bu
beynəlxalq tədbirdə Azərbaycanın gənc
rejissorları - Rüfət Həsənov və Elvin Adıgözəlin "Buqələmun"
tammetrajlı bədii filmi "Beynəlxalq
müsabiqə kateqoriyasında, əməkdar incəsənət xadimi Ayaz Salayevin
"Ağ-qara gecələr" filmi isə "Sərhədsiz film" kateqoriyasında təqdim edilib.
Azərbaycanlı rejissor Novruz Hikmətin
"Sakura" filmi isə
dekabrın 12-dən 15-dək Bişkekdə keçiriləcək
"Qırğızıstan - qısametrajlı filmlər
ölkəsi" III Beynəlxalq
kino festivalında nümayiş olunacaq.
Azərbaycan və Ukrayna kinematoqraflarının birgə
lentə aldıqları
"Sakura" qısametrajlı filmi iki insanın
narahatlığından, onların
hisslərindən, həyəcanlarından,
arzu və istəklərindən bəhs
edir.
Azərbaycan.-2013.-11
dekabr.-S.8.