Müqəddəs adın
şərəfi və tələbi
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu. Ötən əsrin 90-cı illərində bu müəssisə ən çətin günlərini yaşayırdı. Hətta bağlanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Kadr potensialı da son dərəcə zəifləmişdi. Üç min nəfərin sayı yarıbayarı azalmışdı. Mütəxəssislər dağıdılmış sənaye müəssiəssini tərk edirdilər. Bir sözlə, sovet dövründən məhv olmuş təsərrüfat miras kimi qalmışdı. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bu zavodda ciddi dəyişikliklər yaratdı. Azərbaycanın yeni neft strategiyası hazırlandı. Dünyanın aparıcı neft şirkətləri ilə uğurlu danışıqlar aparıldı, yeni əlaqələr bərpa olundu. Qərb dövlətləri ilə qurulan əlaqələr, qazanılan ilk uğurlar çox şübhələri alt-üst etdi. "Əsrin müqaviləsi" imzalanandan sonra Azərbaycan sənayesi uğurlu dividendlər qazanmağa başladı.
Elə Bakı Neft Emalı Zavodunda da ilk yeniliklərin bünövrəsi həmin dövrə təsadüf edir. Dağıdılmış texnologiyanın yerində yenilərini qurmaq, avadanlıqları təzələmək, kollektivdə sağlam, işgüzar mühit yaratmaq xeyli vaxt tələb edirdi. 1994-cü ildə ulu öndərin kollektivlə görüşü tarixi zərurətdən yarandı. Onda ən ciddi məsələlər, həlli vacib olan problemlər ardıcıllıqla müzakirə olundu. Bir həqiqət də var idi ki, neft sənayesini yeniləşdirmək üçün xaricdən alınan texnoloji avadanlıqlara ciddi ehtiyac hiss olunurdu. Belə bir texnologiyanı Azərbaycana "Əsrin müqaviləsi" gətirə bilərdi. Ulu öndər Heydər Əliyev yeni neft strategiyasını hazırlayanda bütün bunları detallarına qədər nəzərə almışdı. Belə bir çətin mərhələdə ulu öndər kənar maneələri, müdaxilələri mətinliklə və siyasi müdrikliklə dəf etdi, Qərbin aparıcı şirkətlərini bu müqavilənin uğurlu gələcəyinə inandırdı. Ulu öndərin Bakı Neft Emalı Zavoduna ilk gəlişini əməkçilər bu gün xoş təəssüratla xatırlayırlar.
Eltay
ƏLİYEV,
"Şöhrət" ordenli
usta:
- O günü unuda bilmərik. Əslində bu görüş əvvəllər də baş tutmuşdu. Amma Azərbaycana yenidən hakimiyyətə qayıdışından sonra biz Heydər Əliyevlə birinci dəfə görüşürdük. Həmişəki kimi işgüzar söhbətlərə, diskussiyalara ciddi meyil göstərirdi. Zavodun taleyi ilə bağlı hər şeylə maraqlanırdı. İstehsalın problemləri ilə yanaşı, sosial ehtiyaclarımızı da həssaslıqla öyrənirdi. Aylıq əməkhaqqımızla, dolanışığımızla maraqlanırdı. Bütün bunlar rəhbərlə səmimi söhbətlərə körpü yaradırdı. Onun səmimiyyətinə, diqqətçiliyinə inandığımıza görə biz ehtiyaclarımızı açıq-aşkar söyləyə bilirdik. Həm də bilirdik ki, belə problemlərin həllinə yalnız Heydər Əliyev vaxtında-vədəsində kömək edə bilər. Biz bu görüşün ilk nəticələrini qısa zamanda hiss etdik. Onun tapşırığı ilə zavodumuzda ciddi texnoloji dəyişikliklər başladı, yeni avadanlıqlar alındı. Xarici şirkətlərlə işgüzar müqavilələr bağlandı. Beynəlxalq miqyasda təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yaradıldı. Bu gün də fəxr edirəm ki, belə böyük şəxsiyyətlə görüşlərimiz, söhbətlərimiz olub.
Neçə illərdir ki, müəssisəmiz ulu öndərin adını daşıyır. Biz buna hamılıqla təşəbbüs göstərmişdik. Bu gün istəyimizə nail olmuşuq. Əlbəttə, belə bir müəssisədə çalışmaq həm şərəfdir, həm də böyük məsuliyyətdir. Biz ulu öndərin neft siyasəti ilə bağlı bütün arzularını, istəklərini həqiqətə çevirmək üçün işgüzar mühit yaratmışıq. Onun tövsiyələri, rəhbər məsləhətləri bu gün bəhrəsini verməkdədir. Artıq zavodumuz beynəlxalq səviyyədə eyni təmayüllü müəssisələrlə əlaqə yaradır. Məhsullarımız həm keçmiş MDB məkanında, həm də dünya dövlətlərində keyfiyyətinə və yeniliklərinə görə seçilir. Hər il bizim məhsullara tələbat və maraq artır. İnanırıq ki, başlanan əlaqələr gələcəkdə daha çox səmərə verəcək...
Mahirə
MANAFOVA,
3 saylı istehsalatda operator:
- Tələbə
olduğum illərdə
bir dəfə Heydər Əliyevlə görüşmüşdüm. Onda təhsil problemlərimizlə maraqlandı,
dəyərli məsləhətlər
verdi. İstehsalatda çalışdığım illərdə yenidən Heydər Əliyevlə görüşmək mənə
qismət oldu. Bu da taleyimə
yazılan xoşbəxt
bir gün idi. Cəsarətlə deyə bilərəm
ki, ulu öndər
neft sənayesini dağılmaq, məhv olmaq təhlükəsindən
xilas edə bildi. Onun iqtisadi problemlərin
həllinə neft sənayesindən başlaması
təsadüfi deyildi.
Amma bir şeyi daim
diqqət mərkəzində
saxlayırdı. İqtisadiyyatla bağlı ən vacib qərarları da milli maraqlarla
uzlaşdırırdı. Onun bütün söhbətlərində
milli mənafe öndə dayanırdı.
Elə adamlarda da bu
marağı yaratmağa
cəhd edirdi. Müəssisəmizdə Heydər Əliyevlə
keçirilən bütün
görüşlər bayram
səviyyəsində olurdu.
Ona görə ki, belə görüşlər
müəssisəmizə xeyir
gətirirdi. Hər şeydən
əvvəl əlaqələrimizin
miqyası xeyli genişlənirdi.
Məhsullarımızın dünya bazarına çıxışı üçün
bütün maneələr
tezliklə aradan qaldırıldı. Ulu öndərin yeni
neft strategiyası ildən-ilə müsbət
nəticələrini verirdi.
Şübhəsiz ki, ən böyük qazanc bizim payımıza düşdü. Uzun illərin
itkilərini geri qaytardıq.
Elman
İSMAYILOV,
zavodun direktoru:
- Açığını
deyim ki, bu müəssisənin dirçəlişi "Əsrin
müqaviləsi"ndən sonra başladı. Bu gün zavodda
azı 15 adda məhsul istehsal edilir. Bu məhsullar
22 xarici ölkəyə
satılır. Eyni təmayüllü
müəssisələrlə sıx əlaqələrimiz
yaradılıb. Cəsarətlə deyə bilərəm ki, beynəlxalq bazarda bizim məhsullarımıza
tələbat xeyli artıb. Bütün bunlar ulu öndərin uğurlu neft strategiyasının nəticəsidir. Bir faktı
da deyim ki, müəssisəmiz dünyanın iri neft şirkətləri ilə bərabərhüquqlu
tərəfdaş kimi
müqavilələr bağlayır,
məhsul ixrac edir. Özü də hər
cür rəqabətdə
qələbə qazana
bilirik. Neft təsərrüfatımız tamamilə yeniləşib.
Dünya
standartlarının tələblərinə
tam cavab verən texnologiya quraşdırılıb.
Bütün bunlar
"Əsrin müqaviləsi"nin neft sənayesinə gətirdiyi
uğurlu yeniliklərdir.
Qalıb bir məsələ: bu yenilikləri uğurla davam etdirmək, əlaqələri daha da genişləndirmək.
Bunun üçün həm geniş istehsal bazamız var, həm də güclü kadr potensialımız.
Bir vaxtlar ulu öndər Heydər Əliyev xarici şirkətlərlə
əlaqə yaradanda deyirdi: "Başa düşürəm ki, Azərbaycana cəlb olunan neft şirkətlərinin
öz maraqları var.
Bu, tamamilə təbii
məsələdir. Ancaq biz də
ölkəmizin maraqlarını
neft şirkətlərinin
mənafeyindən üstün
tutmalıyıq". Böyük siyasətçi ömrü
boyu ölkəmizin maraqlarını daim ön planda saxladı, ona xələl gətirən
müqavilələri cəsarətlə
rədd edə bildi. Bu gün
də həmin siyasi ənənə varisliklə davam etdirilir. Azərbaycan Prezidenti İlham
Əliyev ən mötəbər məclislərdə
ölkəmizin milli maraqlarını hər şeydən üstün tutur, sərbəst və məqsədyönlü
siyasətlə uğurlu
qələbələrə imza atır.
Bəşir
ŞƏRİFLİ,
Azərbaycan/-2013.- 12 dekabr.-
S.12.