Ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır

 

Heydər Əliyev Mərkəzində

 

 

Dekabrın 11-də Heydər Əliyev Mərkəzində Rusiyanın Pyotr Çaykovski adına Böyük Simfonik Orkestrinin təqdimatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Rusiya Federasiyasının xalq artisti Dmitri Lissin dirijorluğu ilə keçən konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüranın ifası ilə başlanmışdır.

Sonra xalq artisti Dmitri Liss bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsertdə iştirak etmək mənim üçün böyük şərəfdir. Konsertin proqramına daxil edilmiş Azərbaycan, rus və digər ölkələrin bəstəkarlarının əsərləri dahi şəxsiyyət Heydər Əliyevin dinlədiyi sevimli əsərlər olmuşdur. Bu konsert bizim üçün xüsusilə təsirlidir. Ona görə ki, orkestrin üzvlərinin əksəriyyəti vaxtilə şəxsən ulu öndər Heydər Əliyevlə görüşmüş insanlardır. Həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə orkestrin bədii rəhbəri və baş dirijoru, SSRİ xalq artisti Vladimir Fedoseyev arasında səmimi münasibətlər olmuşdur.

Konsertdə Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov Niyazinin əsərləri səslənmişdir.  Tamaşaçılara, həmçinin dünya klassikası - İohannes Brams, Vinçenso Bellini, Cakomo Puççini, Pyotr Çaykovski, Sergey Raxmaninov, Georgi SviridovFrans Vaksmanın ölməz əsərləri təqdim olunmuşdur.

Orkestrin müşayiəti ilə xalq artisti Samir Cəfərov, əməkdar artist Aygün Zeynalova, solist Afaq Abbasova skripkaçı Elvin Qəniyev çıxış etmişlər.

1930-cu ildə yaradılmış Pyotr Çaykovski adına Böyük Simfonik Orkestrə 1974-cü ildən SSRİ xalq artisti Vladimir Fedoseyev rəhbərlik edir. Orkestr dünyanın müxtəlif ölkələrində qastrollarda olmuş, beynəlxalq festivallarda çıxış etmişdir.

 

 

Azərbaycan.-2013.- 12 dekabr.- S.13.