Ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında

 

 

Dekabrın 11-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Turizm Nazirliyinin mərkəzi aparatında struktur təşkilatlarında çalışan Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, nazirliyin şöbə müdiri, Yeni Azərbaycan Partiyasının Mədəniyyət Turizm Nazirliyi üzrə ilk ərazi təşkilatının sədri Yaşar Əliyev iclasın gündəliyini diqqətə çatdırmışdır.

Tədbirdə ulu öndərin xatirəsinə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir. Sonra tədbir iştirakçıları ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

İclasda ümummilli lider Heydər Əliyevin zəngin həyat fəaliyyətindən bəhs edən məruzə dinlənilmişdir.

Sonra mədəniyyət turizm naziri Əbülfəs Qarayev ulu öndərin Azərbaycan mədəniyyətinə incəsənətinə göstərdiyi böyük diqqət qayğıdan, yüksək insani keyfiyyətlərindən geniş söhbət açmışdır. 

Bildirmişdir ki, nəinki Yeni Azərbaycan Partiyasının üzvləri, eyni zamanda Azərbaycanın vətəndaşları böyük şəxsiyyətin ruhu qarşısında öz ehtiramlarını bildirməyə borcludurlar. Artıq on ildir ki, ulu öndər Heydər Əliyevin cismən aramızda olmaması məsafəsindən baxdıqda onun dahi şəxsiyyət və dahi insan olduğu bir daha təsdiqlənir.

Nazir vurğulamışdır ki, ulu öndər Heydər Əliyev xalqımızı uçurumdan qurtararaq bu günümüzə gətirmişdir. Onun uzaqgörən və müdrik siyasəti nəticəsində 1993-cü ildə ölkə iqtisadiyyatının ağır vəziyyəti, insanların sosial durumu tezliklə qaydaya salınmışdır.

Ümummilli liderin hər addımında onun bu xalqa bağlılığı, adət-ənənəni gözəl bildiyi, bu xalqın övladı olması ilə qürur duyduğu öz əksini tapmışdır. Bu gün cəmiyyətimizin həyatının bütün sahələrində ulu öndərin izi, tövsiyəsi, düşüncəsi öz əksini tapmışdır və bu proses davam edəcəkdir.

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini xalq həmişə dəstəkləmişdir. İnsanlar bilirdilər ki, ulu öndər hər bir Azərbaycan ailəsinin qayğısını çəkən bir rəhbərdir. Biz onu nəinki böyük siyasətçi, həm də hər bir azərbaycanlıya doğma olan dahi şəxsiyyət kimi qəbul edirik. Ölkəmizdə neft strategiyasından tutmuş kənd təsərrüfatının inkişafınadək aparılan böyük siyasətin əsas prioritetləri məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir.

Ə.Qarayev diqqətə çatdırmışdır ki, hazırda Azərbaycan mədəniyyətinin dünyada yüksək səviyyədə təbliğ olunmasının bünövrəsini ulu öndər qoymuşdur. İstər sovet, istərsə də müstəqillik illərində mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi böyük diqqət və qayğı heç bir dövlətlə müqayisə oluna bilməz.

Nazir demişdir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasətini müasir şəraitə uyğun yeni səviyyəyə qaldıraraq, bu siyasətin müdrikliyini dünya miqyasında bir daha sübut etmişdir. Bu uzaqgörən siyasətin nəticəsində Azərbaycan bu gün nəinki yerləşdiyi regionun, hətta dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının bir qrup üzvü oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərində fəal iştirakına görə YAP-ın fəxri fərmanı ilə təltif olunmuşdur.

 

Azərbaycan.-2013.- 12 dekabr.- S.13.