Azərbaycan
nümayəndə heyəti NESCWA-nın beynəlxalq
konfransında
Əl-Küveyt şəhərində
BMT-nin Qərbi Asiya İctimai və İqtisadi Komissiyası (UNESCWA) ilə
Küveytin Qadın Məsələləri üzrə
Dövlət Komitəsinin
təşkilatçılığı ilə Beynəlxalq konfrans keçirilmişdir.
UNESCWA Komissiyasının Qadın
Məsələləri üzrə
6-cı beynəlxalq konfransının
işində Azərbaycan
Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri
Hicran Hüseynovanın
rəhbərlik etdiyi nümayəndə heyəti
müşahidəçi statusunda
iştirak etmişdir.
Komitənin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
səfər çərçivəsində Hicran
Hüseynovanın Küveytli həmkarı
Şeyxə Lətifə Əl-Fəhd Əl-Səlim
Əl-Sabah ilə görüşü olmuşdur.
Küveytin Qadın Məsələləri
üzrə Dövlət
Komitəsinin sədri Şeyxə
Lətifə Əl-Sabah
Azərbaycana səfəri
və ölkəmizin
birinci xanımı Mehriban Əliyeva ilə görüşü
haqqında söz açaraq bu ziyarətin onun yaddaşında silinməz
iz buraxdığını,
xalqımıza böyük
ehtiram və məhəbbət bəslədiyini
vurğulamışdır.
İki ölkənin müvafiq qurumları arasında səmimi dostluq münasibətlərinin mövcud
olduğunu vurğulayan
Şeyxə Lətifə
Əl-Sabah bundan sonra da əlaqələrin
inkişaf etdirilməsinin
vacibliyini bildirmişdir.
H.Hüseynova
AQUPDK-nın Küveytin müvafiq qurumu ilə əməkdaşlığın inkişafına böyük
önəm verdiyini qeyd etmişdir.
Sonra iki qurum arasında
əməkdaşlıq perspektivləri
ətrafında fikir mübadiləsi aparılmışdır.
AQUPDK-nın sədri son vaxtlar ölkəmizdə ailə, qadın və uşaq məsələlərinin həlli
yollarında tətbiq
olunan uğurlu mexanizmlər və dövlətimizin bu sahədəki təcrübəsi
barədə konfrans iştirakçılarına ətraflı
məlumat vermişdir.
Elə həmin gün Hicran Hüseynova Küveytin əmək və ictimai məsələlər üzrə
naziri xanım Tikra Ər-Rəşidi, ölkənin tanınmış
xeyriyyəçisi və
nüfuzlu ictimai xadimi, Küveyt Əlillər Cəmiyyətinin
sədri Şeyxə Əl-Sabah ilə görüşmüşdür.
Konfrans çərçivəsində Hicran Hüseynovanın Mərakeş, Sudan, Tunis, Fələstin,
Misir nümayəndə
heyətlərinin üzvləri
ilə ikitərəfli
görüşləri olmuşdur.
Azərbaycan nümayəndə heyətinin
Küveytə səfəri
yerli KİV tərəfindən
geniş işıqlandırılmışdır. H.Hüseynova Küveytin
nüfuzlu və çoxtirajlı
"Əl-Ray" qəzetinə və "KTV-2" ingilisdilli televiziya
kanalına eksklüziv müsahibələr
vermişdir.
Azərbaycan.-2013.- 12 dekabr.-
S.15.