Azərbaycan Prezidenti İlham Əliyev

Albaniyanın Baş naziri Edi Ramanı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Albaniya Respublikasının Baş naziri Edi Ramanı qəbul etmişdir. 

Görüşdə "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasiminin yüksək səviyyədə təşkil olunmasından məmnunluq ifadə edildi. Layihənin Azərbaycan ilə Balkan ölkələri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Görüşdə həmçinin Azərbaycan ilə Albaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, energetika digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 

AzərTAc

Azərbaycan $g 2013.- 18 dekabr.- S.3.