Qətər
Dövlətinin Əmiri əlahəzrət Şeyx
Təmim bin Həməd Al
Taniyə
Əlahəzrət!
Qətər Dövlətinin milli bayramı münasibətilə
Sizi və xalqınızı Azərbaycan
xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik
edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq
münasibətləri xalqlarımızın
mənafelərinə uyğun
olaraq bundan sonra da inkişaf
edəcək və möhkəmlənəcəkdir.
Bu xoş
gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 16 dekabr 2013-cü il
Azərbaycan .-2013.- 14 dekabr.- S.1.