Ulu öndər Heydər
Əliyevin əziz xatirəsi Xətai
rayonunda məhəbbətlə
anılmışdır
Müasir Azərbaycan dövlətinin
memarı, ümummilli
lider Heydər Əliyevin müstəqilliyimizin
qorunub möhkəmləndirilməsində,
demokratik hüquqi dövlət quruculuğunun
inkişafında müstəsna
rolu və misilsiz xidmətləri qədirbilən xalqımız
tərəfindən daim
uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır. Ulu öndəri bizdən
ayıran illər ötdükcə onun
şəxsiyyətinin böyüklüyü,
dahiliyi daha dərindən
dərk olunur.
Dekabr ayının 12-də ulu öndərin vəfatının
10-cu ili tamam oldu. Dünən on
minlərlə insan ulu
öndərə ehtiramını ifadə etmək üçün Fəxri xiyabana
gələrək məzarını ziyarət etdi.
Həmin gün Azərbaycan vətəndaşları
dünyanın harasında olmasından asılı olmayaraq bir daha
Heydər Əliyevi anmaqla, yad
etməklə ulu öndərin əziz
xatirəsinə öz ehtramlarını
bildirdilər.
Azərbaycanı öz siyasi
iradəsi və uzaqgörən dövlətçilik
təcrübəsi ilə
firavan həyata qovuşduran ümummilli lider Heydər Əliyevin vəfatının
onuncu ildönümü
Bakının Xətai
rayonunun ictimaiyyəti
tərəfindən də
dərin kədər hissi ilə qeyd edilib. Bu münasibətlə rayonda anım tədbirləri keçirilib.
Orta məktəblərdə ilk dərs Heydər Əliyevə həsr edilib, müxtəlif ədəbi-bədii kompozisiyalar təşkil olunub,
əbədiyaşar liderin zəngin həyatından,
titanik fəaliyyətindən bəhs edən
stendlər hazırlanıb. Daha sonra Xətai sakinləri rayondakı Heydər
Əliyevin adını daşıyan parka
gələrək burada
xalqımızın dahi oğlunun
abidəsini ziyarət ediblər. Ulu
öndərə Allahdan rəhmət diləyən,
ruhuna dualar oxuyan sakinlər abidənin önünə əklil
qoyub, gül dəstələri
düzüblər. Mərasimdə Xətai rayonunun
bütün idarə, müəssisə və
təşkilatlarının, özəl bölmənin
işçiləri, sadə vətəndaşlar iştirak ediblər.
Xatırladaq ki, ərazinin genişləndirilməsi və
əhalinin mənalı
istirahətinin müasir
tələblərə cavab
verən səviyyədə
təmin olunması məqsədi ilə
2007-ci ildə bu parkda abadlıq, əsaslı yenidənqurma
işlərinə başlanılıb,
ulu öndər Heydər Əliyevin abidəsi ucaldılıb. 2007-ci il oktyabrın 3-də yenidən qurulmuş parkın və Heydər Əliyevin
abidəsinin təntənəli açılış mərasimində
iştirak edən Prezident
İlham Əliyev belə bir
parkın yaradılmasından məmnun qaldığını
bildirib, buradakı şəlalənin
yaxınlığında vaxtilə ulu
öndərin əkdiyi ağacın yanında ağac əkib. İndi bu park Xətai sakinlərinin
istirahəti üçün gözəl
məkan olmaqla yanaşı, həm də
müqəddəs yerdir. İnsanlar
Azərbaycan dövlətinin rəsmi bayramlarında da bu parka
gələrək Heydər Əliyevin abidəsi önünə
tər çiçəklər düzürlər.
Anım mərasimində ardı-arası
kəsilməyən ziyarətçi
axını ulu öndərin öz xalqı tərəfindən
sevildiyinin, həmçinin
Xətai sakinləri tərəfindən xatirəsinin
nə qədər əziz tutulduğunun göstəricisi idi. Mərasim başa
çatdıqdan sonra Xətai rayonu ictimaiyyəti adından ehsan
süfrəsi açıldı.
Azərbaycan.-2013.-13
dekabr.-S.5.