Ədəbi işığın abidəsi

 

Seyid Yəhya Şirvani (Bakuvi) UNESCO tərəfindən anıldı

 

 

Seyid Yəhya Bakuvi sufizm fəlsəfəsinə dair bütün Şərqdə məşhur olan bir çox əsərlərin müəllifidir ki, "Əsrar ət-talibin" ("Həqiqət axtaranların sirləri"), "Şərhi-Gülşəni-raz" ("Gülşəni-raz" əsərinə şərh") bunlardandır. Adını sonuncu çəkdiyimiz əsər sufi fəlsəfəsinin məşhur nəzəriyyəçilərindən biri, görkəmli Azərbaycan filosofu Mahmud Şəbüstərinin dahiyanə poemasına şərh kimi qələmə alınıb. Bunlardan başqa, Seyid Yəhya Bakuvinin tarixastronomiyaya dair bir sıra əsərlər də qələmə aldığı bildirilir.

Nəinki Azərbaycan türk xalqlarının, ümumiyyətlə, müsəlman dünyası ədəbiyyatı tarixində adı şərəflə çəkilən, tanınmış filosof-alim şair Seyid Yəhya Şirvaninin (Bakuvi) vəfatının 550 illiyinin 2013-cü ildə dünya səviyyəsində qeyd edilməsi haqqında UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında qərar qəbul edilməsi heç təsadüfi deyil. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyi, Qafqaz Universiteti, Qafqaz Araşdırmaları İnstitutu, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin dəstəyi ilə  respublikamızda bununla əlaqədar nəzərdə tutulan silsilə tədbirlərdən biri  bu günlərdə İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Cənubi Qafqazda ən qədim dini ocaq sayılan Şamaxı Cümə məscidinin tarixinə bərpadan sonrakı vəziyyətinə həsr olunmuş "Əbədi işığın abidəsi" filminin seyrindən sonra Seyid Yəhya Şirvani irsinin tədqiqatçısı, Qafqaz Araşdırmaları İnstitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım çıxışında 2013-cü il ərzində Azərbaycanda, eləcə Türkiyə, Fransa Kosovoda Seyid Yəhya Şirvaniyə həsr olunmuş tədbirlər keçirildiyini bildirib. Seminarda qeyd edilib ki, Azərbaycan dünyada sufilik tarixinin ən önəmli mərkəzlərindən biri olubbu cərəyan öz başlanğıcını əsasən Şirvan zonasından götürüb. Həmin ərazidə hələ də mövcud olan inanc yerləri - pirlər də bunu bir daha təsdiq edir. Diqqəti sufizmin əsası olan tolerantlıq fəlsəfəsinə cəlb edən alim Seyid Yəhyanın həyatı, əsərləri, irsi, məktəbi, yaradıcısı olduğu xəlvəti təriqəti, sələfləri və davamçıları haqqında geniş təqdimatla çıxış edib.

Qafqaz Araşdırmaları İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva (Təkləli) məruzəsində Mehmet Rıhtımın hazırladığı kitabların əhəmiyyətinin yüksək qiymətə layiq olduğunu vurğulayıb.

Seyid Yəhya Şirvanşahlar dövlətinin mərkəzi olan Şamaxıda, sonra da Bakıda Şah Xəlilullahın sarayında yaşayıb. Xəlvətiliyin ikinci qurucusu olan Yəhya Şirvani bir təsəvvüf alimi kimi Orta Şərqin mühüm şəxsiyyətlərindən biri olub. Onun Bakıda qurduğu ilahiyyat-fəlsəfə məktəbinin Bərdədə, Təbrizdə və digər bölgələrdə şöbələri olub.

Bütünlüklə ömrünü elmə həsr edən Seyid Yəhya Şirvani öz dövrünün mötəbər elm adamlarından biri kimi xatırlanır. Onun AğqoyunluŞirvanşahlar sarayında yüksək vəzifələr tutması bu fikri təsdiqləyir. Azərbaycanın böyük maarifçisi Abbasqulu Ağa Bakıxanov onun haqqında belə deyirdi: "Seyid Yəhya Bakuvi VIII əsrdə (hicri) bu diyarın böyük din müəllimi idi. Onun adı bir çox gizli elmlərdə məşhurdur".

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azərbaycan ərazilərində, eləcə İsmayıllıda təsəvvüf tarixini əks etdirən mədəniyyət abidələrinin çox olduğunu, bu irsin öyrənilməsi öyrədilməsinin vacibliyini qeyd edib. Həmin abidələrin həm də bölgəyə turizm axınına xidmət edəcəyinə diqqət çəkib.

Seminar iştirakçılarına adıçəkilən birliyin təşkilatçılığı ilə bu ilin oktyabr-noyabr aylarında rəssamlar, xəttatlar, heykəltəraşlar, fotoqraflar digər sənətkarlar arasında "Seyid Yəhya Şirvani təsəvvüf" mövzusunda keçirdiyi sənət müsabiqəsi iştirakçılarının əl işlərindən ibarət sərgi təqdim olunub.

 

Azərbaycan.-2013.-13 dekabr.-S.7.