Qadın
boksçularımız Qazaxıstanda 5 medal
qazandılar
Qazaxıstanın Almatı şəhərində
əməkdar məşqçi
Menqerey Xayruddinovun xatirəsinə həsr olunmuş boks
turnirinə yekun vurulmuşdur. Milli komandamız yarışda 1
qızıl, 1 gümüş və 3 bürünc medala sahib olmuşdur.
81
kq çəki dərəcəsində çıxış
edən Aynur Rzayeva final görüşündə
qalib gələrək
turnirin baş mükafatına yiyələnmişdir. Yana Alekseyeva
(60 kq) həlledici görüşdə Astana boksçusu Aleksandra Ritkovskayaya uduzaraq gümüş medalla kifayətlənmişdir. Əzizə Abbasova (48 kq), Leyla Cavadova (75 kq) və Anna Əlimərdanova
(51 kq) isə bürünc
medal əldə etmişlər.
Azərbaycan.-2013.-13 dekabr.-S.8.