Azərbaycan
Respublikası vətəndaşlarının 2014-cü il yanvarın 1-dən 30-dək müddətli
həqiqi hərbi xidmətə çağırılması
və müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularının ehtiyata
buraxılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 26-cı bəndini
rəhbər tutaraq,
"Hərbi vəzifə
və hərbi xidmət haqqında" Azərbaycan Respublikası
Qanununun 12.3-cü və
40.1-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikasının Silahlı
Qüvvələrini və
Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun
olaraq yaradılmış
başqa silahlı birləşmələri şəxsi
heyətlə komplektləşdirmək
məqsədi ilə qərara alıram:
1.
1996-cı ildə doğulmuş
və çağırış
gününədək (həmin
gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə
1979-1995-ci illərdə doğulmuş,
yaşı 35-dək olan
Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində
və Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq yaradılmış başqa
silahlı birləşmələrdə
müddətli həqiqi
hərbi xidmət keçməmiş, müddətli
həqiqi hərbi xidmətə çağırışdan
möhlət hüququ
olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan
azad edilməmiş Azərbaycan Respublikasının
vətəndaşları 2014-cü il yanvarın 1-dən 30-dək
müddətli həqiqi
hərbi xidmətə
çağırılsınlar.
2. Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası
Qanununun 38.1.1-ci maddəsində
nəzərdə tutulmuş
xidmət müddətini
keçmiş müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçuları 2014-cü il yanvarın 1-dən
30-dək ehtiyata buraxılsınlar.
3.
Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamın icrası üçün
qanunvericilikdə nəzərdə
tutulmuş tədbirləri
görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 dekabr 2013-cü il
Azərbaycan.-2013.-15
dekabr.-S.1.