Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin
əməkdaşlarına fəxri
adların verilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə
yetirərkən fərqləndiklərinə
və elm, təhsil, tibb sahələrində səmərəli fəaliyyətinə
görə Azərbaycan
Respublikası Fövqəladə
Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına
Azərbaycan Respublikasının
fəxri adları verilsin:
"Əməkdar
elm xadimi"
Qafarov
Aydın Məmiş oğlu
"Əməkdar
müəllim"
Cəfərova
Bahar Cumay qızı
"Əməkdar
həkim"
Şıxlınski
Əliağa Osman oğlu
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2013-cü il
Azərbaycan.-2013.-15 dekabr.-S.1.