«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 603; 2006, ¹ 6, maddə 482; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 3, maddə 154; 2009, ¹ 12, maddə 948; 2011, ¹ 11, maddə 983; 2012, ¹ 6, maddə 509, ¹ 7, maddə 688, ¹ 11, maddə 1053; 2013, ¹6, maddə 607, ¹7, maddə 791) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.2-ci maddədə "qeydiyyata alınması" sözlərindən sonra ", habelə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, prospekt, küçə, meydan müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi ya onların dəyişdirilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan digər səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi" sözləri əlavə edilsin.

2. 9-cu maddə üzrə:

2.1. 9.2-ci maddədə "qeydiyyatına alır" sözlərindən sonra " dövlət reyestrindən çıxarış verir" sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 9.5-ci maddə əlavə edilsin:

"9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması dövlət reyestrindən çıxarışın verilməsi 3 gün müddətində həyata keçirilir.".

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2013-cü il

Azərbaycan $g 2013.- 15 dekabr.- S.2.