Qazaxıstan Respublikasının
Prezidenti zati-aliləri
cənab Nursultan Nazarbayevə
Hörmətli Nursultan Abişeviç!
Qazaxıstanın milli bayramı
- Müstəqillik Günü
münasibətilə səmimi
təbriklərimi və
xoş arzularımı
qəbul edin.
Bu gün dost Qazaxıstan dövlət müstəqilliyinin
və suverenliyinin möhkəmləndirilməsi, ölkənin
sosial-iqtisadi inkişafı
yolunda inamla irəliləyir. Qazaxıstan dünya birliyində
layiqli yer tutur.
Əminəm ki, Azərbaycan
ilə Qazaxıstan arasında dostluq və qarşılıqlı
dəstək ənənələrinə
əsaslanan dövlətlərarası
münasibətlər və
strateji tərəfdaşlıq
bundan sonra da xalqlarımızın və ölkələrimizin
mənafeyinə xidmət
edəcəkdir.
Hörmətli Nursultan Abişeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik
və uğurlar, qardaş Qazaxıstan xalqına isə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 13 dekabr
2013-cü il
Azərbaycan.-2013.- 15 dekabr.- S.1.