Bəhreynin Kralı Əlahəzrət
şeyx Həməd bin
İsa Al Xəlifəyə
Əlahəzrət!
Bəhreyn Krallığının milli
bayramı münasibətilə
Sizə və Sizin simanızda
bütün xalqınıza
Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi
yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Bəhreyn əlaqələrinin, ölkələrimiz
arasındakı dostluq
və əməkdaşlıq
münasibətlərinin inkişafı
daim xalqlarımızın
mənafelərinə xidmət
edəcəkdir.
Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Bəhreyn xalqına
sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 13 dekabr
2013-cü il
Azərbaycan/-2013.- 15 dekabr.- S.1.