Avropaya inteqrasiya Beynəlxalq Gənclər Forumunun
iştirakçıları Ombudsman Aparatında olmuşlar
Xəbər verdiyimiz kimi, Azərbaycan Gənclərinin
Avropaya İnteqrasiyası
Təşkilatı (AGAT) Azərbaycan
Respublikasının Prezidenti
yanında Gənclər
Fondunun dəstəyi ilə Avropaya inteqrasiya Beynəlxalq Gənclər forumu keçirmişdir.
AGAT-dan AzərTAc-a bildirilmişdir ki, forum iştirakçıları Azərbaycanın
İnsan Hüquqları
üzrə Müvəkkili
Aparatında olmuşlar.
Ombudsman
Elmira Süleymanova ilə
keçirilən görüşdə
Azərbaycanda insan hüquqlarının qorunması,
ölkəmizin bu sahədə konvensiyalara qoşulması barədə
məlumat verilmiş,
eyni zamanda, hüquqları pozulmuş
qaçqın və məcburi köçkünlər
haqqında söhbət
açılmış, Ermənistanın
BMT qətnamələrinə əməl etməməsi
təəssüflə qeyd
olunmuşdur.
Xatırladaq ki, forumda Fransa,
Almaniya, İsveçrə,
Türkiyə, Böyük
Britaniya, Polşa, İspaniya, Ukrayna, Gürcüstan və Macarıstandan gənc fəallar iştirak etmişlər.
Azərbaycan.-2013.- 15 dekabr.-
S.4.