Milli Məclisin deputatları Tbilisidə əlillərin hüquqları ilə

 bağlı keçirilən regional konfransda iştirak etmişlər

 

Tbilisi şəhərində "Əlilliyi olan şəxslərin hüquqlarına dair Beynəlxalq konvensiyaların icrası: Cənubi Qafqaz ölkələrinin Moldovanın təcrübəsi: gələcək addımlar" mövzusunda regional konfrans keçirilmişdir.

Konfrans BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ofisi tərəfindən təşkil olunmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deputat Rauf Əliyev tədbirdə iştirak etmişlər.

Azərbaycan nümayəndə heyətinin üzvləri əlilliyi olan şəxslərin hüquqlarının qorunması sahəsində ölkəmizdə həyata keçirilən işlər barədə iştirakçılara ətraflı məlumat vermiş, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, əməkdaşlığın perspektivlərinə həsr olunmuş müzakirələrdə fəal iştirak etmişlər.

Hadi Rəcəbli AzərTAc-ın müxbirinə müsahibəsində demişdir: "Regional konfransda dörd ölkədən nümayəndə heyəti iştirak etmişdir biz burada müvafiq qurumların nümayəndələrinin qatıldıqları geniş tərkibdə heyətlə təmsil olunmuşduq. Bizim üçün çox xoşdur ki, hələ bu Konvensiyaya qoşulmayan ölkələr olduğu halda Azərbaycan 2008-ci ildən onun üzvüdür. BMT isə bu Konvensiyanı 2006-cı ildə qəbul etmişdir. Azərbaycan Konvensiyadan irəli gələn bir çox məsələləri həll etmişdir və ölkənin qanunvericiliyində qarşıya qoyulan tələblərin əksəriyyəti öz əksini tapmışdır. Bu məqamlar barədə konfrans iştirakçılarına verdiyimiz məlumatlar onların böyük marağına səbəb olmuşdur".

Komitə sədri vurğulamışdır ki, biz, həmçinin iştirakçıları qarşımızda duran vəzifələrlə tanış etdik, Azərbaycanın inkişafı yönümündə reallıqların diktə etdiyi vəzifələr onların uğurlu icrası istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı söhbət apardıq. Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatların səmərəli nəticələrinin işə yeni stimul verməsi vurğulanmışdır.

O demişdir: "Gələn il "Əlillərin reabilitasiyası, əlilliyin qarşısının alınması əlillərin sosial müdafiəsi haqqında" Qanunu yenidən işləməyi qarşımıza məqsəd qoymuşuq.  Bizim üçün sevindirici haldır ki, ölkəmizin büdcəsində bu məqsədlər üçün ayrılan vəsait konfrans iştirakçısı olan bəzi dövlətlərin təxminən illik büdcəsi qədərdir. Azərbaycan dövlətinin fiziki qüsurlu insanlar üçün gördüyü işlər bu baxımdan daha parlaq, daha aydın görünür.

Prezident İlham Əliyev andiçmə mərasimində sosial dövlət haqqında danışdı qeyd edim ki, sosial dövlətdə fiziki qüsurlu insanların sosial müdafiəsi əsas prioritetlərdəndir".

H.Rəcəbli bildirmişdir ki, dünyada əhali nisbətində əlillərin sayı təxminən 9-15 faiz təşkil etdiyi halda, Azərbaycanda bu rəqəm 5,4 faizdir. Belə ki, 9,5 milyon əhalisi olan Azərbaycanda əlillərin sayı 420 mindir. Vurğulamışdır ki, gələcəkdə əlilliyin qarşısının alınması məsələsinə diqqətin artırılmasına çalışacağıq və hesab edirəm ki, bu, günümüzün tələbidir. Ona görə də üç yaşadək uşaqların dispanserizasiyasına dövlətimiz böyük önəm verir".

Deputat bildirmişdir ki, uşaqlıqdan əlilliyin qarşısının alınması ön plana çəkilməlidir, biz onları əlil olmağa qoymamalıyıq. Əlilliyin reabilitasiyası məsələsi Azərbaycanın sosial siyasətinin prioritetlərindəndir.

 

H.Rəcəbli demişdir: "Konfransın işinin gedişində bizim müzakirəyə çıxarılmış məsələ ilə əlaqədar qazandığımız uğurların, müsbət təcrübəmizin dünya miqyasında, demək olar ki, nümunə olmasından qürur duyduq. Həmçinin BMT-nin bu sahədə gördüyü işlərdən faydalanmağımızı da əhəmiyyətli hesab edirəm".

 

Azərbaycan.-2013.-15 dekabr.-S.4.