Bakıda
«Kitabi-Dədə Qorqud» abidəsinin və
Dədə Qorqud parkının açılışı olmuşdur
Daha sonra Bakı Slavyan Universitetinin rektoru professor
Kamal ABDULLA çıxış
edərək dedi:
- Zati-aliləri, cənab Prezident!
Bu
gün həqiqətən
də böyük mədəni, ədəbi,
filoloji bir bayramdır. Bu bayramı Siz
Azərbaycan xalqına
bəxş etdiniz.
Bu bayram bu
günün həqiqəti,
bu günün sədası, unudulmaz ulu öndərimizin böyük arzularından
birinin reallığa çevrilməsidir.
Biz
bu gün "Dədə Qorqud" dastanlarından təkcə
Azərbaycan xalqının,
təkcə türk xalqlarının mədəni
abidəsi kimi deyil, eyni zamanda,
Azərbaycan xalqının
dünyaya bəxş
etdiyi ədəbi-mədəni
bir abidə kimi bəhs edirik. Bu tədqiqatlarımızda biz xarici
ölkələrin - Almaniyanın,
Fransanın, Rusiyanın,
Türkiyənin alimləri
ilə bərabər çalışmaqdayıq, müştərək
layihələrimiz vardır.
Bu gün "Dədə
Qorqud" dastanlarını
biz qədim germanların
"Nibelunqlar nəğməsi",
qədim skandinavların
səqaları, ingilislərin
"Beovulf" dastanı,
qədim yunanların mifləri ilə müqayisədə öyrənirik
və bu tədqiqatlarımızı xarici
həmkarlarımızla bir
yerdə aparırıq.
Onlar
"Dədə Qorqud"u,
Azərbaycan mədəniyyətini,
tarixini, ədəbiyyatını,
dilini öyrənməyə
bu gün sonsuz maraq və
həvəs göstərirlər.
Nə üçün? Çünki onların bu həvəsi bugünkü
Azərbaycana olan maraqdan yaranır. Bugünkü Azərbaycanın dünya qarşısında
göstərdiyi bu intibahdan yaranır, bu intibaha olan
maraqdan yaranır.
Bunun da müəllifi əlbəttə ki, Sizsiniz.
"Dədə Qorqud" dastanının, bayaq burada qeyd olundu,
əlbəttə ki,
1300 illik tarixinin o dastanın öz mətnindən çıxan
məntiqi vardır.
1300 il "Peyğəmbərimizin zamanına
yaxın - "Rəsul-əleyhissəlam
dövrünə yaxın
Bayat boyundan Qorqud Ata deyilən bir ər qopdu"
cümləsindən çıxmışdı.
Ulu öndər bu cümlənin məntiqindən
çıxış edərək
bu yaşı müəyyən etdi.
Onun ən böyük arzusu həm də o idi ki,
biz bu dastanın əlyazmasının dünyaya
təqdimedilmə tarixini
unutmamalıyıq və
o tarixi gözləməliyik.
Bu, 1815-ci ildir. Böyük alman filoloqu Fridrix fon Dits
ilk dəfə olaraq dünyaya "Dədə
Qorqud" dastanının
əlyazmasının bir
hekayətini tərcümə
edərək təqdim
etdi. Gözəl, rəğbət dolu, məhəbbət dolu bir "Ön söz"lə təqdim etdi. Bu dastanı qədim, dünyaya yaxşı tanış olan yunan mifləri
ilə müqayisə
etdi. 1815-ci il
və 2015-ci il. 200 il kifayət
qədər yuvarlaq rəqəmdir ki, biz bunu yenə də dünyanın mədəni mərkəzlərindən
biri olan Azərbaycanın filoloji, mədəni bir bayramına çevirək.
Bizim alman həmkarlarımız,
bizim qorqudşünaslarımız,
bizim filoloq həmkarlarımız xarici
ölkələrdən də
bu rəqəmin ətrafına yığışıb
"Dədə Qorqud"u
və dünya mədəniyyətinin bir
çox nümunələrini
tədqiq etməyə,
qeyd etməyə hazırdırlar. Mən
inanıram ki, biz yaxın vaxtda alman həmkarlarımızla
bir yerdə Sizin diqqətinizə
layiq bir sənədlə müraciət
edəcəyik. Fridrix
fon Ditsin
bu möhtəşəm
xidmətinin 200 illik tarixini mənə elə gəlir ki, Siz də
diqqətinizdən kənarda
qoymazsınız. Elə bunun
özü də bizim ulu, unudulmaz
öndərimiz Heydər
Əliyevin arzularından
biri idi.
Zaman keçəcək, Azərbaycanda
nəsillər bir-birini
əvəz edəcəkdir. Bu gözəl abidənin
ətrafına, bu gözəl parka yeni nəsil azərbaycanlılar,
formalaşmaqda olan məktəblilər, tələbələr,
yaşlı nəslin
nümayəndələri gələcəklər.
Onlar Dədə Qorqud ruhuna təmasdan minnətdarlıq hissi ilə bu günü,
bu günün yaradıcılarını, Dədə
Qorquda olan yeni məhəbbət dalğasının yaradıcılarını,
ilk növbədə, unudulmaz
ulu öndərimizi, Sizi minnətdarlıq hissi ilə xatırlayacaqlar. O minnətdarlıq
hissini yüz illərdən, min illərdən
sonra da Azərbaycan xalqı öz ürəyində saxlayacaqdır. Təşəkkür edirəm.
* * *
Azərbaycan.-2013.-14
dekabr.-S.2.