Bakıda
«Kitabi-Dədə Qorqud» abidəsinin
və
Dədə Qorqud parkının açılışı olmuşdur
Heykəltəraş Görüş BABAYEV də
çıxışında "Kitabi-Dədə Qorqud"un dövlət səviyyəsində qorunmasına
verdiyi dəstəyə
görə Prezident İlham Əliyevə minnətdarlıq edərək
dedi:
- Möhtərəm cənab
Prezident!
Xanımlar və cənablar!
Çox həyəcanlıyam. Buraya gəlməzdən əvvəl ürəyimdə
çox sözlər fikirləşmişdim
ki, nə deyəcəyəm. Amma inanın, həyəcandan bir
söz deyə bilmirəm. Yaxşı ki, ürəyimdəki sözləri deyə
bilmirəm, çünki onun
sonu yoxdur.
Çox sağ olun ki, bu
işi mənə həvalə etdiniz. Bu işi
işləmək indi danışmaqdan mənə
yüngül idi. İndi 2-3 dəqiqə danışa bilmirəm,
amma mən bu işin üzərində bir
il yarımdı ki,
çalışıram. Bu işi mənə etibar
etdiyinizə görə Sizə ürəkdən təşəkkür
edirəm, minnətdaram. Özümü çox xoşbəxt hesab
edirəm. Çox sağ
olun.
Azərbaycan.-2013.-14 dekabr.-S.1.