Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi arzularımızı qəbul etməyinizi xahiş edirik.

Siz ölkənizin inkişafı üçün çox görmüsünüz əminəm ki, bundan sonra da bu işi davam etdirəcəksiniz. Bir daha Sizə dərin təşəkkürümü bildirmək və ölkələrimiz arasındakı qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə verdiyiniz şəxsi töhfələri vurğulamaq istərdim.

Əminəm ki, dostluq münasibətlərimizin bundan sonra da inkişafı intensivləşməsi ölkələrimizin uzunmüddətli maraqları ilə uzlaşır. Mən fürsətdən istifadə edərək Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın davam etdirilməsinə olan dərin inamımı bildirmək istərdim.

Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirik. Biz, həmçinin Mehriban xanım Əliyevaya səmərəli fəaliyyətində böyük uğurlar diləyirik. Bu xoş fürsətdən istifadə edərək Sizə bir daha xoşbəxtlik, möhkəm cansağlığı və rifah arzu edirik.

Zati-aliləri Mehriban xanım Əliyeva, xahiş edirik, ən dərin ehtiramımızı qəbul edin.

Hörmətlə,

 

 

Valdis ZATLERS,

Latviya Respublikasının keçmiş Prezidenti,

Lilita ZATLERE,

Latviyanın keçmiş birinci xanımı

Azərbaycan.-2013.-14 dekabr.-S.1.