Yaponiyanın milli bayramı şərəfinə
Dekabrın 13-də Yaponiyanın
Azərbaycandakı səfirliyi
İmperator Akihitonun anadan olmasının 80-ci ildönümü münasibətilə
rəsmi qəbul təşkil etmişdir.
AzərTAc xəbər verir ki, hər iki
ölkənin dövlət
himnləri səsləndirildikdən
sonra qonaqları salamlayan səfir Tsuquo Takahaşi bildirmişdir ki, Konstitusiyaya görə, Yaponiya İmperatoru yapon xalqının birlik rəmzidir və onun doğum
günü milli bayram kimi qeyd
olunur.
Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən
danışan diplomat vurğulamışdır
ki, yüksək səviyyəli qarşılıqlı
səfərlər əməkdaşlığımızın
bütün istiqamətlərdə
inkişafına töhfə
verir.
Səfir ölkələrimiz arasında
əlaqələrin bundan
sonra da uğurla inkişaf edəcəyinə əminliyini
bildirmişdir.
Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə
yapon xalqını Prezident İlham Əliyevin adından təbrik etmiş, dövlət başçısının
salamlarını və
xoş arzularını
çatdırmışdır. Nazir bildirmişdir
ki, ölkələrimiz arasında
münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanda
həyata keçirdiyi bir
çox layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını
bildirən Mikayıl Cabbarov ölkələrimizin
müxtəlif sahələrdə fəal əməkdaşlıq
etdiyini vurğulamışdır. Nazir əmin olduğunu bildirmişdir ki, iki ölkə arasında münasibətlər
getdikcə daha da
möhkəmlənəcək və genişlənəcəkdir.
Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı
səfirləri, ictimaiyyətin
nümayəndələri iştirak
etmişlər.
Azərbaycan.-2013.-14 dekabr.-S.3.