Yunanıstan Azərbaycan ilə bütün sahələrdə

əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır

 

Dekabrın 13-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqas ilə görüşmüşdür.  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir yeni təyinatı münasibətilə səfiri təbrik etmişona diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Yunanıstan-Azərbaycan əlaqələrinin inkişaf dövrünü yaşadığını xatırladan daxili işlər naziri ölkələrimizin xalqlarımızın milli maraqlarına mənafelərinə uyğun olaraq, dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı səfərlər, ən yüksək səviyyədə imzalanmış sənədlər sayəsində birgə əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirmişdir.

Nazir DİN-in fəaliyyət istiqamətləri funksional vəzifələri, ölkəmizdəki kriminogen durum barədə qısa məlumat vermiş, həyata keçirilən yeniləşmə islahatlar prosesindən danışmışdır.

Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən birinin insan vətəndaş hüquq azadlıqlarının qorunması olduğunu deyən Ramil Usubov həmin məsul vəzifələrin yerinə yetirilməsi üçün kadrların düzgün seçilərək yerləşdirilməsinə, əməkdaşların  peşəkarlığının artırılmasına, qabaqcıl təcrübənin xidməti fəaliyyətdə tətbiqinə xüsusi diqqət yetirildiyini qeyd etmişdir.

Ölkələrimizin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın yalnız Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini nəzərə çatdıran nazir hələ 2008-ci ildə "Azərbaycan Respublikasının hökuməti Yunanıstan Respublikasının hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğunu xatırlatmış, həmin sənədin imzalanmasının əlaqələrin daha da genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacağını, rəhbərlik etdiyi qurumun bu işdə maraqlı olduğunu bildirmişdir.

Problemlərə toxunularkən bütün dünya dövlətləri üçün təhlükəli olan transmilli mütəşəkkil cinayətkarlığa qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulanmışdır.

Ətraflı məlumata görə təşəkkür edən səfir Dimitrios Tsounqas ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirmiş, ikitərəfli əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini demişdir.

 

Azərbaycan.-2013.-14 dekabr.-S.3.