Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul etmişdir

 

Dekabrın 13-də Ekologiya təbii sərvətlər naziri Hüseynqulu Bağırov Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Yevlax, Ucar, Kürdəmir, Ağdaş, Göyçay, Mingəçevir, Şamaxı, Qobustan Ağsudan olan vətəndaşları qəbul etmişdir.

Nazirliyin idarə departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda 40-a qədər vətəndaşın müraciətinə baxılmışdır. Vətəndaşlar əsasən meşələrin qorunması, ətraf mühitinekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqisair məsələlərlə bağlı müraciət etmişlər.

Qəbulda vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapmış, digərlərinin isə həll edilməsi ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Nazirliyin strukturuna aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Vətəndaşlar göstərilən diqqət qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan.-2013.-14 dekabr.-S.3.