Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı

 Rusiyanın müvafiq qurumunun medalları ilə təltif olunmuşdur

 

Ötən ilin iyulunda Rusiya Federasiyasının Krasnodar diyarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasındakı xidmətlərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyi tərəfindən medallarla təltif olunmuşdur.

FHN-dən bildirmişlər ki, bu barədə dekabrın 13-də Fövqəladə Hallar Nazirliyinin inzibati binasında nazir müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadənin iştirakı ilə keçirilən tədbirdə Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin məlumat vermişdir.

Səfir Krasnodarda baş vermiş daşqınlar zamanı Azərbaycanın göstərdiyi yardımlara görə təşəkkürünü bildirərək bu köməyin Rusiya dövləti xalqı tərəfindən yüksək qiymətləndirildiyini demişdir. İki ölkə arasında dostluq əlaqələrindən bəhs edən Vladimir Doroxin fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində də birgə fəaliyyətin əhəmiyyətini vurğulamışdır.

Diplomat 2010-cu ilin avqustunda Moskva yaxınlığında baş vermiş meşə yanğınlarının qarşısının alınmasında da azərbaycanlı yanğınsöndürənlərin peşəkarlığını xatırladaraq göstərilən yardımlara köməyə görə bir daha Azərbaycan dövlətinə minnətdarlığını bildirmişdir.

Sonra Vladimir Doroxin mülki müdafiə sahəsində, o cümlədən fövqəladə halların xəbərdar edilməsi nəticələrinin aradan qaldırılması istiqamətində qüsursuz fəaliyyətlərinə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Kamil Bağırova, Mülki Müdafiə Qoşunlarının qərargah rəisi-komandan müavini, polkovnik Aslan Hüseynova Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Etibar İsmayılova Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyinin medallarını təqdim etmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-14 dekabr.-S.3.