Vokalçılarımız
qalib olublar
Latviyanın paytaxtında gənc
vokalçıların beynəlxalq "Riqa
Symphony-2013" festivalı keçirilib.
Müsabiqədə 20-dən çox
ölkədən solistlər və ansambllar
çıxış edib. Münsiflər
heyətinin işində və festivalın ustad
dərslərində iştirak etmək üçün ABŞ, Britaniya,
İtaliya, Rusiya və
digər ölkələrin tanınmış pedaqoq
və vokalçıları Riqaya dəvət
edilib.
Vokalçıların bu müsabiqəsində Azərbaycanı Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinin yetirmələrindən Mərziyə
Hüseynova, Ellara Əliyeva, Sona İsgəndərli və
Çinarə Əzimova
təmsil ediblər. Kollektivin rəhbəri Mədəniyyət
və İncəsənət Universitetinin
Vokal kafedrasının dosenti,
fəlsəfə doktoru İradə Xəlilovadır.
Maraqlıdır ki, müsabiqənin
"Qran-pri"sini VI sinif
şagirdi Çinarə
Əzimova qazanıb. O, akademik
vokal nominasiyasında
"Laçın" xalq
mahnısını ifa edib.
Qala-konsertdə Mərziyə Hüseynova (X sinif şagirdi) "Evləri var xana-xana" xalq mahnısını, Ellara Əliyeva (VIII sinif şagirdi) "Elə demə, zalım yar", Sona İsgəndərli isə "Kəklik" nəğmələrini ifa
edərək mükafata
layiq yerləri tutublar.
Azərbaycan.-2013.-14
dekabr.-S.7.