Milli Dram Teatrının beynəlxalq əlaqələri genişlənir

 

Dövlət müstəqilliyimizi qazandıqdan sonra Azərbaycanın teatr kollektivləri xarici ölkələrdə fəaliyyət göstərən həmkarları ilə əlaqələr qurmaqda davam edirlər. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovprodüser şöbəsinin müdiri Rəcəb Məmmədov Makedoniyada səfərdə olublar. Onlar Makedoniya Milli Teatrının yeni binasının açılış mərasimində iştirak ediblər.

Açılışdan sonra teatr Makedoniyanın məşhur yazıçısı Cordan Pleneşin pyesi əsasında hazırlanmış "Əbədi ev" tamaşasını nümayiş etdirib. Bu teatrın açılışında Azərbaycanla yanaşı müxtəlif ölkələrdən tanınmış teatr xadimləri, rejissorlar, aktyorlar, teatrşünaslar, direktorlar, teatr prodüserləri, festival təşkilatçıları iştirak edib. İşgüzar söhbət zamanı mədəniyyət xadimləri, teatr qrupları bir-birləri ilə yaradıcılıq əlaqələri qurmaq haqqında razılığa gəliblər.

 

Azərbaycan.-2013.-14 dekabr.-S.7.