Azərbaycan
Prezidenti İlham Əliyev Xorvatiyanın Baş naziri Zoran
Milanoviçin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Xorvatiyanın Baş naziri Zoran Milanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Xorvatiyanın Baş naziri Zoran Milanoviç ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.
Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, Xorvatiya şirkətlərinin ölkəmizdəki fəaliyyətinin əlaqələrimizin inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olundu. Söhbət zamanı dekabrın 17-də Bakıda "Şahdəniz - 2" üzrə yekun investisiya qərarının imzalanması ilə bağlı keçiriləcək tədbirin önəmi vurğulandı.
Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın bir sıra sahələrdə inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.-17 dekabr.-S.1.