Azərbaycan seçki
qanunvericiliyinin təkmilləşdirilməsində uğurlu
yol keçib
Dekabrın 16-da Milli Məclisin Sədri Oqtay
Əsədov Azərbaycan parlamenti ilə Müstəqil
Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın
birgə keçirdiyi "MDB ölkələrində
seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirilmə
yolları və tətbiq praktikası" beynəlxalq
seminarının iştirakçıları ilə
görüşüb.
Milli Məclisdə təşkil edilən beynəlxalq seminarın iştirakçılarını salamlayan Oqtay Əsədov parlamentarilərə uğurlar arzulayıb. Bildirib ki, ötən müddətdə ölkələrimiz seçki qanunvericiliyinin yaradılması və tətbiqi istiqamətində uğurlu yol keçib. Assambleya təcrübə mübadiləsində, eləcə də parlamentarilərimizin səmərli əməkdaşlığında əhəmiyyətli rol oynayıb. Həmçinin, Assambleya çərçivəsində əməkdaşlıq parlamentarilərin digər beynəlxalq qurumlarla birgə fəaliyyətində də müsbət təsirini göstərir.
Milli Məclisin Sədri Bakıda keçirilən seminarın qanunvericiliyin təkmilləşdirilməsi işində faydalı olacağına ümidvar olduğunu bildirib.
MDB Parlament Assambleyasının baş katibi Aleksey Sergeyev bu seminarın 2006-cı ildən etibarən hər il keçirildiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda keçirilən sonuncu azad, demokratik, şəffaf prezident seçkisi bir daha göstərdi ki, Bakı növbəti toplantı üçün ən yaxşı məkandır.
Müzakirələr zamanı qonaqlar ölkəmizdə müxtəlif sahələrdə əldə edilən uğurlardan məmnunluqla söz açıblar.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
E.MƏNSİMOV,
Azərbaycan.-2013.-17 dekabr.-S.2.