Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycana
səfərə gəlmişdir
Monteneqro Prezidenti Filip Vuyanoviç "Şahdəniz-2"
üzrə yekun investisiya qərarının imzalanma mərasimində
iştirak etmək üçün dekabrın 16-da Azərbaycan
Respublikasına səfərə gəlmişdir. Hər iki ölkənin dövlət
bayraqlarının dalğalandığı Heydər
Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Monteneqro Prezidenti Filip Vuyanoviçi hava limanında rəsmi şəxslər qarşıladılar.
AzərTAc
Azərbaycan.-2013.-17 dekabr.-S.3.