Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlmişdir

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da Azərbaycan Respublikasına səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-17 dekabr.-S.3.