Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın

 xarici işlər naziri Emma Boninonu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də İtaliya Respublikasının xarici işlər naziri Emma Boninonu qəbul etmişdir. 

Görüşdə "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimi yüksək qiymətləndirildi. Layihənin həyata keçirilməsində Azərbaycanın siyasiiqtisadi baxımdan böyük işlər gördüyü vurğulandı. Avropanın enerji xəritəsində əhəmiyyətli rol oynayacaq bu layihənin enerji resurslarının şaxələndirilməsi işinə də töhfə verəcəyi bildirildi.

Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 18 dekabr.- S.4.