Azərbaycan Prezidenti İlham Əliyev
ABŞ-ın enerji nazirinin
müşaviri Conatan Elkindi qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dekabrın 17-də ABŞ-ın
enerji nazirinin müşaviri Conatan Elkindi qəbul etmişdir.
Görüşdə "Şahdəniz-2"
üzrə yekun investisiya qərarının
imzalanma mərasiminin keçirilməsi mühüm
tarixi hadisə kimi dəyərləndirildi,
layihəyə ABŞ-ın
verdiyi dəstək yüksək qiymətləndirildi.
Söhbət zamanı ölkəmizlə
ABŞ arasında enerji
sahəsində əməkdaşlığın
uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycanın liderliyi ilə bu layihənin
həyata keçirilməsindən
məmnunluq ifadə olundu, qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.-
18 dekabr.- S.4.