Azərbaycan Prezidenti İlham Əliyev BP şirkətinin
baş
icraçı direktoru
Robert Dadlini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də BP şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə BP arasında uzunmüddətli əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, "Şahdəniz-2" üzrə yekun investisiya qərarının Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd edildi.
Söhbət
zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
ilə BP arasında uğurlu əməkdaşlığın
həyata keçirildiyi vurğulandı, bu əməkdaşlığın
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 18 dekabr.- S.4.