Deputatlar «Şahdəniz-2» üzrə imzalanan

 yekun investisiya qərarını yüksək qiymətləndirdilər

 

Milli Məclisin iclasında

 

Dekabrın 17-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açıq elan edən Milli Məclisin Sədri Oqtay Əsədov deputatları "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması münasibətilə təbrik etdi. Bildirdi ki, bu investisiya qərarının imzalanması ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi, Prezident İlham Əliyevin enerji siyasətinin uğurlu nəticəsidir. Spiker əlavə etdi ki, bu layihə xalqımızın rifahına xidmət edəcəkdir.

Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatlar da "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması ilə bağlı fikirlərini bildirdilər. Deputatlardan Əli Məsimli, Xanhüseyn Kazımlı, Zahid Oruc, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Fəzail Ağamalı bu qərarı 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə müqayisə etdilər. Qeyd etdilər ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsi olan bu qərar sadəcə iqtisadikommersiya deyil, Azərbaycanın siyasiiqtisadi müstəqilliyinə xidmət edən çox mühüm sənəddir. Azərbaycanın dünyadakı mövqeləri, regionalqlobal miqyasda roluyeri daha da güclənəcək. Çıxışlarda o da bildirildi ki, bu layihənin reallaşması Azərbaycanın gələcək inkişafı üçün zəmin yaradan çox mühüm amillərdən biridir.

İclasda çıxış edən deputat Flora Qasımova bildirdi ki, işğal altında olan Xankəndi şəhəri ilə bağlı məlumatların azlığı narahatlıq doğurur. Onun sözlərinə görə, bir sıra nəşrlərdə və həyata keçirilən layihələrdə bütün işğal olunmuş rayonların işğal tarixi göstərilsə də, Xankəndinin işğal tarixi yer almır. Xankəndinin işğalı, onun tabeliyində olan yaşayış məntəqələri, əraziləri və digər məlumatların ictimaiyyətə, eləcə də xaricdən gələn qonaqlara çatdırılması çox vacibdir. Flora Qasımovanın fikrincə, ola bilsin ki, buna səbəb Xankəndinin icra strukturunun olmamasıdır: "Hazırda Azərbaycanın müxtəlif bölgələrində Xankəndidən olan məcburi köçkünlər yaşayır. Hesab edirəm ki, Xankəndinin icra strukruru yaradılmalıdır ki, bu məsələlər öz kompleks həllini tapa bilsin".

 

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlandı. İlk olaraq "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişikliklər və əlavə edilməsi barədə və "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələlər təsdiq olundu.

İclasda "Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi, "Azərbaycan Respublikası Hökuməti Koreya Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması dəyişdirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi, həmçinin "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Məhkəmə hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "İstehsalatda bədbəxt hadisələr peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilməsi barədə layihələr təsdiq olundu.

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər  edilməsi barədə qanun layihələrini müzakirəyə təqdim etdi. Müzakirələr zamanı deputatlar şəffaflığın artırılmasına xidmət edən dəyişiklikləri yüksək qiymətləndirdilər.

Müzakirəyə çıxarılan digər məsələ "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi idi. Qanun layihəsi barədə məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, yeni dəyişikliyə görə, Azərbaycan Respublikasının hüquqiya fiziki şəxsi, habelə hüquqi şəxslərin filial və nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydiyyat üçün donorlar tərəfindən təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldığı qrantlar haqqında müqavilələr (qərarlar) isə qeydiyyat üçün həmin resipiyentlər tərəfindən təqdim olunur. Komitə sədrinin sözlərinə görə, qanuna edilən dəyişikliklər qeyri-hökumət təşkilatlarına olan qrant ayırmalarında şəffaflığı təmin edəcək.

Qanun layihəsi təsdiq edildi.

İclasın sonuncu məsələsi olan "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə məlumat verdi. Bildirdi ki, bu qanunun qəbulunda məqsəd 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləməkdir. 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı respublikamızın ərazisində onun şəxsiyyətini təsdiq edən sənəddir. Bu kartın üzərində vətəndaşın soyadı, adı, atasının adı, cinsi, doğulduğu tarix, qan qrupu, fərdi identifikasiya nömrəsi, kartın nömrəsi və etibarlılıq müddəti, habelə onun valideynlərinin soyadı, adı, atasının adı göstərilir. Fərdi identifikasiya kartına yerləşdirilən elektron daşıyıcıya isə vətəndaşın doğulduğu və yaşayış yeri, gözlərinin rəngi, kartı verən orqanın adı və kartın verilmə tarixis. daxildir.

Qanun layihəsi ikinci  və üçüncü oxunuşlarda qəbul edildi.

 

Azərbaycan.-2013.- 18 dekabr.- S.4.