Azərbaycan-İtaliya ikitərəfli
münasibətlərinin
hazırkı səviyyəsi məmnunluq
doğurur
Dekabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın xarici işlər naziri Emma Boninonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, nazir Emma Bonino ölkəmizə səfərindən məmnunluğunu bildirmiş, "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ilə bağlı Azərbaycanı təbrik etmişdir.
Görüşdə
Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin
hazırkı səviyyəsindən məmnunluq ifadə
olunmuşdur. Həmçinin Azərbaycan-Avropa
İttifaqı əlaqələri, o
cümlədən ölkəmizin Avratlantik
strukturlara inteqrasiyası müzakirə edilmişdir.
Elmar
Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinin
beynəlxalq hüququn norma və prinsiplərinə hörmət
və regionda təhlükəsizliyin təmin olunması
baxımından önəmini vurğulamışdır.
AzərTAc
Azərbaycan.-2013.- 18 dekabr.- S.5.