Xaçmaz rayonunun Xaraxoba kəndinin

 Palıdlı kəndi adlandırılması haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən qərara alır:        

Azərbaycan Respublikasının Xaçmaz rayonunun Dədəli kənd inzibati ərazi dairəsi tərkibindəki Xaraxoba kəndi Palıdlı kəndi adlandırılsın.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2013-cü il

Azərbaycan.-2013.- 19 dekabr.- S.1.