Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 542; 2013, ¹ 1, maddə 29, ¹ 2, maddə 117, ¹ 3, maddə 246, ¹ 8, maddə 909; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 10 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə Əlavə"də aşağıdakı dəyişikliklər edilsin:

1.  1-ci hissədən "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin," sözləri çıxarılsın;

2.  2-ci hissədə "Rabitə" sözündən əvvəl "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin," sözləri əlavə edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2013-cü il

Azərbaycan.-2013.- 19 dekabr.- S.1.